Niderlandın baş naziri istefa VERDİ

Niderlandın Baş naziri Dik Şuf ifrat sağçı Azadlıq Partiyasının (PVV) koalisiyadan çıxmasından sonra istefa verdiyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, o, hökumətin istefasını Niderlandın kralı Villem Aleksandra təqdim edəcəyini deyib.
“Nazirlərin iclasında belə qənaətə gəldik ki, Azadlıq Partiyasının getməsi ilə koalisiyanın parlamentdə kifayət qədər dəstəyi yoxdur”, - deyə o, Nazirlər Kabinetinin iclasından sonra çıxışında bildirib.