Əməliyyat zamanı 11 mütəşəkkil cinayətkar qrup ifşa edildi: 90 nəfər saxlanıldı

Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya, fırıldaqçılıq, sələmçilik və narkotik vasitə ticarəti ilə məşğul olan 11 mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirildiyini və ümumi hesab hərəkatı 4,4 milyard lirəyə çatan 90 şübhəlinin saxlanıldığını açıqlayıb.
Redaktor.az xəbər verir ki, nazir Yerlikaya sosial media hesabında verdiyi məlumata görə, İstanbul, İzmir, Kastamonu, Diyarbəkir, Manisa, Tekirdağ, Van, Muğla, Karaman, Mersin və Bitlis şəhərlərində fəaliyyət göstərən mütəşəkkil cinayət şəbəkələrinə jandarma qüvvələrinin iştirakı ilə genişmiqyaslı əməliyyatlar keçirilib.
Əməliyyat zamanı:
İstanbulda, sürücü kurslarındakı şəxslərin yerinə pul qarşılığında imtahana başqalarının girdiyi,
Muğlada, saxta borsa tətbiqləri və paravan şirkətlər vasitəsilə yüksək qazanc vədi ilə fırıldaqçılıq edildiyi,
Manisada, sərxoş sürücülərə qan nümunələrinin dəyişdirilməsi yolu ilə "limit altında" hesabat tərtib edildiyi,
Diyarbəkirdə, narkotik maddələrin bağlamalara yerləşdirilərək kargo yolu ilə göndərildiyi,
Kastamonuda, saxta elanlarla təkər satışı adı altında insanlardan pul alınıb məhsulun göndərilmədiyi,
İzmir və Bitlisdə, narkotik vasitə satışı və ticarətinin həyata keçirildiyi,
Karaman, Mersin, Van və Tekirdağda isə vətəndaşlara yüksək faizlə borc verərək sələmçiliklə məşğul olunduğu müəyyən edilib.
Nazir Yerlikaya, cinayətkar şəbəkələrin istənilən formada ifşa ediləcəyini və hüquqi proseslərin qətiyyətlə davam etdiriləcəyini vurğulayıb.
Kənan YUSİF