Qırğızıstanın keçmiş prezidenti həbs EDİLDİ

Bişkekin Pervomayski rayon məhkəməsi Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevi bir sıra cinayətlər törətməkdə təqsirli bilib və şərti olaraq 11,5 il müddətinə azadlıqdan məhrum edib.
Redaktor.az xəbər verir ki, Atambayev Çuy vilayətinin Koy-Taş kəndində qanunsuz torpaq sahələri əldə etməkdə, həmçinin Bişkek İES-in modernləşdirilməsi zamanı korrupsiyada və avqustun 7-8-də Koy-Taş kəndində kütləvi iğtişaşlar təşkil etməkdə təqsirli bilinib.
Qeyd olunur ki, sabiq prezident əmlakı müsadirə olunaraq bütün dövlət mükafatlarından məhrum edilib.