Numan Kurtulmuş yenidən TBMM sədri SEÇİLDİ

Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirilən üçüncü tur səsvermənin nəticələrinə görə, Ədalət və İnkişaf Partiyasının (AK Parti) İstanbul millət vəkili Numan Kurtulmuş 329 səslə yenidən TBMM sədri seçilib.
Redaktor.az xəbər verir ki, üçüncü turda ümumilikdə 529 millət vəkili səsvermədə iştirak edib.
Səslərin bölgüsü belə olub:
Numan Kurtulmuş (AK Parti) – 329 səs
Uğur Bayraktutan (CHP, Artvin millət vəkili) – 118 səs
Osman Cengiz Çandar (DEM Parti, Diyarbəkir millət vəkili) – 18 səs
Mustafa Cihan Paçacı (İYİ Parti, İstanbul millət vəkili) – 26 səs
Mehmet Karaman (Yeni Yol Partisi, Samsun millət vəkili) – 26 səs
1 boş, 11 etibarsız səs
Beləliklə, Kurtulmuş, 301 səs olan sadə çoxluq həddini keçərək, yenidən TBMM sədrliyi vəzifəsinə seçilmiş oldu.
Kənan YUSİF