Netanyahu Azərbaycana İsrail-Türkiyə dialoqundakı roluna görə təşəkkür ETDİ

 23:00 03.06.2025     191

Azərbaycanın İsrail və Türkiyə arasında dialoqa təkan verilməsində, regional əməkdaşlığın inkişaf etdirilməsində roluna görə minnətdarlığımı bildirmək istəyirəm.

Redaktor.az xəbər verir ki, bu fikirlər İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycan Prezidenti İlham Əliyevə 28 May - Müstəqillik Günü münasibətilə ünvanladığı məktubda yer alıb.

"Mən Azərbaycanın yəhudi icmasına və mədəniyyətinə davamlı dəstəyini, habelə HƏMAS-ın ötən il oktyabrın 7-də hücumundan sonra İsrailə nümayiş etdirdiyi davamlı həmrəyliyi yüksək qiymətləndirirəm. Ölkəniz unudulmayacaq dərəcədə gözəl mərhəmət və dostluq nümunəsi göstərmişdir", - məktubda, həmçinin bildirilir.