ABŞ-Çin ticarəti çökdü

2025-ci ilin aprelində ABŞ ilə Çin arasında ticarət dövriyyəsi kəskin şəkildə azalıb.
Redaktor.az bu barədə “İzvestiya” qəzetinə istinadla məlumat verir.
İki ölkə arasındakı ticarət həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz azalaraq 45,6 milyard dollara düşüb
Azalmanın əsas səbəbi kimi tərəflər arasında artmaqda olan ticarət müharibəsi göstərilir. ABŞ bütün Çin məhsullarına 10 faiz, Çin isə Amerika məhsullarına 15 faiz rüsum tətbiq etdikdən sonra vəziyyət daha da gərginləşib. Aprel ayında Vaşinqton bu tarifləri əvvəlcə 34 faizə, daha sonra isə 145 faizə qədər artırıb. Cavab olaraq Pekin də tarifləri 125 faizə qədər yüksəldib.
Ekspertlər bildirirlər ki, bu göstəricilər yalnız cari dövrdə iqtisadi əlaqələrin zəifləməsini deyil, həm də gələcəkdə siyasi və iqtisadi qarşıdurmaların dərinləşməsi riskini artırır. Mütəxəssislər həmçinin vurğulayırlar ki, bu vəziyyət yalnız iki ölkə üçün deyil, qlobal ticarət sistemi üçün də ciddi təsirlər yarada bilər.
Aytəkin TOFİQQIZI