İlon Mask Donald Trampın layihəsini tənqid etdi

Amerikalı milyarder və sahibkar İlon Mask ABŞ Prezidenti Donald Trampın federal xərclərin azaldılması ilə bağlı qanun layihəsinə qarşı sərt çıxış edib.
Redaktor.az bu barədə “Politico"ya istinadla məlumat verir.
Mask bu təşəbbüsü onun biznes maraqlarına, xüsusilə Tesla şirkətinə ciddi zərbə vurduğu üçün tənqid edir.
Trampın təşəbbüsü ilə ABŞ Konqresinin Nümayəndələr Palatasında qəbul edilən qanun layihəsi Tesla-nın hazırda yararlandığı bir sıra vergi güzəştlərini ləğv edir. Qanun layihəsinin hazırkı formada qüvvəyə minməsi halında, Tesla-nın təqribən 11,4 milyard dollarlıq güzəşt imkanı 2025-ci ilin sonuna qədər başa çata bilər.
Maskın qanun layihəsinə qarşı sərt ritorikası Ağ Evdə narazılıq yaradıb.
Milyarder Trampın təşəbbüsünü daha əvvəl “böyük, gözəl qanun layihəsi” kimi təqdim etməsini ironik şəkildə tənqid edərək onu “iyrənc iyrənclik” adlandırıb.
Aytəkin TOFİQQIZI