“Onu bəyənirəm, amma danışıqlar çox çətindir” - Donald Tramp

 10:47 04.06.2025     234

ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinə münasibətini açıqlayıb.

Redaktor.az xəbər verir ki, Tramp sosial platformasında yayımladığı paylaşımda Çin prezidentini bəyəndiyini, lakin onunla danışıqların son dərəcə çətin olduğunu bildirib.

“Çin prezidenti Si Cinpini bəyənirəm. Onu həmişə bəyənmişəm və bundan sonra da bəyənəcəyəm, lakin o, çox sərtdir və onunla danışıqlar aparmaq son dərəcə çətindir!!!” – deyə Tramp yazıb.

Trampın bu açıqlaması ABŞ-Çin münasibətlərinin gərgin fonunda səslənib. Ekspertlər qeyd edirlər ki, bu cür şəxsi münasibətlərin vurğulanması strateji dialoq üçün həm müsbət siqnal, həm də qeyri-müəyyənlik mənbəyi ola bilər.

Aytəkin TOFİQQIZI