Məşhur xanım müğənniyə edilən xəyanət ölümündən sonra üzə çıxdı - FOTO

 13:09 04.06.2025     274

Gənc yaşda xərçəng xəstəliyindən vəfat edən müğənni Şimalın ölümündən əvvəl verdiyi müsahibə gündəmə gəlib.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, onun yaşadığı xəyanət və tənhalıq haqqında dediyi sözlər sosial mediada müzakirələrə səbəb olub.

Həyat yoldaşı Necati Arıcı bu müsahibənin yenidən gündəmə gəlməsindən sonra “Hər kəsdən sədaqət gözlənilmir”, - deyərək əsəbiləşib. 

Müsahibəsində ona qarşı edilən xəyanətlərdən danışan Şimal, “Yaxşılaşdığını eşitdiyim üçün edam məktubu göndərdim”,- deyən dostuna məyus olduğunu bildirib. Bu açıqlamalar onun ölümündən sonra yenidən gündəmə gətirilib.

Xatırladaq ki, 2021-ci ildə döş xərçəngi diaqnozu qoyulan və müalicədən sonra xəstəliyə qalib gəldiyini açıqlayan Şimal, 2024-cü ildə beynində şiş aşkarlandığına görə, ikinci dəfə ağır müalicə prosesinə başlamışdı. 8 saatlıq çətin beyin əməliyyatı keçirən Şimal mayın 4-də yenidən pisləşib və xəstəxanaya aparılıb. Bütün müdaxilələrə baxmayaraq xilas ola bilməyən Şimal mayın 30-da həyatını itirib.

Vasif ƏLİHÜSEYN 

Picture background