Zelenski Rusiya memorandumuna sərt cavab verdi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın atəşkəs şərtləri ilə bağlı irəli sürdüyü memoranduma sərt cavab verib.
Redaktor.az bu barədə "Politico"ya istinadla məlumat verir.
“Ruslar başa düşdülər ki, bu, ultimatumdur və heç kim bunu ciddi qəbul etməyəcək. Bu, memorandum deyil bu, Rusiya tərəfinin bizə ultimatumudur”, – Zelenski bildirib.
Zelenskinin açıqlamasına görə, Kiyev Rusiyanın təqdim etdiyi sənədi danışıqlar üçün əsas kimi qəbul etmir və bunu birtərəfli şərtlər paketi hesab edir.
Aytəkin TOFİQQIZI