Trampın nəvəsinə elçi düşən oğlan həbs EDİLDİ

ABŞ-ın hazırkı prezidenti Donald Trampın Florida ştatındakı Mar-a-Laqo malikanəsi gözlənilməz insidentlə gündəmə gəlib.
Redaktor.az xəbər verir ki, NBC telekanalının məlumatına görə, 23 yaşlı Entoni Reyes gecə saatlarında Trampın şəxsi mülkiyyətinə qanunsuz daxil olub. O, malikanəni əhatə edən divardan aşaraq əraziyə girib və dərhal təhlükəsizlik xidmətləri tərəfindən saxlanılıb.
Dindirilmə zamanı Reyes bildirib ki, məqsədi İncil təbliğ etmək və Prezident Trampın 18 yaşlı nəvəsi Kay Trampa evlənmə təklifi etmək olub. Kay Tramp, prezidentin böyük oğlu Donald Tramp Juniorun qızıdır.
Entoni Reyes Palm Biç dairə həbsxanasına yerləşdirilib. Ona qarşı 50 min dollarlıq girov təyin olunub və Tramp ailəsinin heç bir üzvü ilə əlaqə saxlamasına qadağa qoyulub. Reyes ittihamları qəbul etməyib.
Hadisə ABŞ ictimaiyyətində geniş rezonans doğurub və prezidentin ailəsinin təhlükəsizliyi məsələsini bir daha gündəmə gətirib (musavat.com).