Zelenski liderlərin Rusiyanın seçdiyi yerdə görüşünə hazır olduğunu bəyan ETDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın seçdiyi istənilən gündə və istənilən yerdə liderlərin görüşünə hazır olduğunu bəyan edib, lakin buna qədər atəşkəsin bərqərar olunmasında təkid edir.
Redaktor.az bu barədə TASS-a istinadla məlumat verir.
"Biz ruslara liderlərin görüşünə qədər atəşkəs təklif edirik. Əvvəla, demək istəyirəm ki, heç bir eyham olmasın, biz rusların seçdiyi görüşə hazırıq - İstanbul, Vatikan, İsveçrə - bunların hamısı mövcuddur, bazar ertəsi istənilən gün başlayacaq görüş təklif edirik", - o, Rada telekanalında jurnalistlərə deyib.
"Niyə liderlərin görüşünə qədər atəşkəs lazımdır? Çünki biz görüşəcəyik, əgər anlaşma, gərginliyin azaldılması istəyi, bunun necə tamamlanacağına dair istək və fikirlər olmasa, o zaman atəşkəs elə həmin gündə başa çatacaq. Əgər biz dialoqu davam etdirə biləcəyimizi və gərginliyin azaldılması üzrə müvafiq addımlara hazır olduğumuzu görsək, o zaman Amerikanın monitorinqi ilə, Amerikanın vasitəçilik zəmanəti ilə atəşkəsi davam etdirəcəyik. İnanıram ki, ruslar uzunmüddətli atəşkəs istəmirsə, o zaman bizim görüşümüz sabahdan başlayaraq istənilən gün ola bilər. Bu o deməkdir ki, atəşkəs 1-2-3 gün davam edəcək", Zelenski bildirib.
Xatırladaq ki, iyunun 2-də İstanbulda keçirilən danışıqlarda Rusiya tərəfi cəbhənin müəyyən hissələrində 2-3 günlük atəşkəslə bağlı konkret təkliflə çıxış edib. Əvvəllər Kiyev təkid edirdi ki, atəşkəs ən azı 30 gün müddətinə bağlanmalıdır.
Turan İSMAYIL