"İsrailin son hərəkətləri bizi dəhşətə gətirir" - Britaniyanın Baş naziri

 19:08 04.06.2025     127

Böyük Britaniyanın Baş naziri Kir Starmer İsrailin Qəzzaya hücumunu “dəhşətli” və “dözülməz” adlandıraraq, parlament qarşısında etiraz edənlərin embarqo və sanksiyalar tələbinə dəstək verib.

Redaktor.az-ın "Əl Cəzirə"yə istinadla məlumatına görə, hökumət rəhbəri deputatlara bildirib ki, İsrailin son hərəkətləri dəhşətlidir və mənim fikrimcə bu həm zərərli, həm də dözülməzdir.

“Biz hərbi əməliyyatların genişləndirilməsinə, məskunlaşanların zorakılığına və humanitar yardımların qarşısının alınmasına qəti şəkildə qarşı çıxmışıq" - Starmer deyib.

Baş nazir qeyd edib ki, hökuməti İsraillə azad ticarət danışıqlarını dayandırıb və müttəfiqlərlə birlikdə əlavə tədbirlərin, o cümlədən sanksiyaların tətbiqini nəzərdən keçirir.

“Mən dəfələrlə bildirmişəm ki, İsrailin son hərəkətləri bizi dəhşətə gətirir və biz onları qəti şəkildə pisləyirik — bu, istər hərbi əməliyyatların genişləndirilməsi, istər məskunlaşanların zorakılığı, istərsə də yardımların qarşısının alınması olsun, hamısı tamamilə qəbuledilməzdir,” – deyə o bildirib.

“Ona görə də biz atəşkəsə nail olmalı, girovlar azad edilməli və Qəzzaya yardımın çatdırılması təmin olunmalıdır", - Starmer əlavə edib.

Xədicə BAXIŞLI