“Türkiyə olaraq sülh və sabitliyə töhfə verməyə davam edəcəyik” - Yaşar Güler

 20:02 04.06.2025     141

Türkiyənin Milli Müdafiə Naziri Yaşar Gülər, NATO-nun təhlükəsizlik siyasəti və strateji hədəfləri çərçivəsində, region və dünya miqyasında sülh və sabitliyə töhfə verməyə davam edəcəklərini bildirib.

Redaktor.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin sosial media hesabında yer alan məlumata görə, Belçikanın Brüssel şəhərində keçirilən NATO Müdafiə Nazirləri Toplantısı çərçivəsində çıxış edən Gülər, NATO qərargahında xidmət edən şəxsi heyətlə görüşərək onların Qurban Bayramını təbrik edib.

Görüş zamanı Yaşar Gülər, NATO qərargahında çalışan şəxsi heyətlə bir araya gəlməkdən məmnunluq duyduğunu ifadə edərək bildirib:

 “Bölgə və dünyada gərginliklər artmaqdadır, bir çox bölgədə qarşıdurmalar müharibəyə çevrilir. Bu mənada dünya kritik bir prosesdən keçir".

Nazir Gülər, Türkiyənin bu çətin dönəmdə də sülh, sabitlik və təhlükəsizlik naminə beynəlxalq öhdəliklərini yerinə yetirməyə davam edəcəyini vurğulayıb.

Kənan YUSİF