10 şəhərdə qanunsuz mərc əməliyyatı: 24 nəfər həbs olundu

 20:04 04.06.2025     104

Türkiyə Daxili İşlər naziri Ali Yerlikaya, 10 şəhərdə qanunsuz mərc, dələduzluq və kibercinayətlərlə bağlı həyata keçirilən əməliyyatlarda 93 nəfərin saxlanıldığını, onlardan 24-nün həbs edildiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, nazir Yerlikaya sosial media hesabından verdiyi açıqlamada bildirib ki, əməliyyatlar Respublika Baş Prokurorluqları və Jandarma Baş Komandanlığının Kiber Cinayətlərlə Mübarizə İdarəsinin koordinasiyası ilə həyata keçirilib.

Əməliyyatlar çərçivəsində İstanbul, Ankara, Antalya, Aydın, Elazığ, Zonguldak, Yalova, Ardahan, Eskişehir və Ərzurum vilayətlərindəki ünvanlarda axtarışlar aparılıb.

Yerlikaya, qanunsuz mərc fəaliyyəti və texnoloji vasitələrlə həyata keçirilən dələduzluq hallarına qarşı mübarizənin davam etdiriləcəyini bildirib.

Kənan YUSİF