Ankarada yumurta istehsalı müəssisəsində yanğın: Minlərlə toyuq tələf oldu

 20:07 04.06.2025     116

Türkiyənin paytaxtı Ankaranın Çubuk rayonunda yerləşən yumurta istehsalı müəssisəsində baş verən yanğın nəticəsində minlərlə toyuq tələf olub, 1 nəfər isə tüstüdən zəhərlənib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Yakuphasan məhəlləsində yerləşən və bir firmaya məxsus istehsal sahəsində qeydə alınıb. Yanğının başvermə səbəbi hələlik məlum deyil.

Alovun qısa müddətdə geniş əraziyə yayılması səbəbindən hadisə yerinə fövqəladə hallara müdaxilə və təcili tibbi yardım qrupları cəlb olunub. Jandarma qüvvələri ərazidə geniş təhlükəsizlik tədbirləri görüb.

Tüstüdən zəhərlənən şəxs xəstəxanaya yerləşdirilərək müalicə altına alınıb. Yanğınla bağlı araşdırma aparılır.

Kənan YUSİF