Putin və Tramp arasında telefon danışığı OLDU

 21:05 04.06.2025     137

ABŞ Prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.

Redaktor.az xəbər verir ki, Tramp sözügedən telefon danışığının 1 saat 15 dəqiqə davam etdiyini bildirib.

O qeyd edib ki, ki, o, Putinlə Ukraynanın Rusiyadakı aerodromlara hücumunu müzakirə edib: "Söhbət yaxşı keçdi. Amma dərhal sülhə gətirib çıxarmayacaq".