Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına 1,5 milyondan çox zəvvar gəlib

Səudiyyə Ərəbistanına digər ölkələrdən Həcc ziyarətinə gələn zəvvarların sayı 1,5 milyonu keçib.
Redaktor.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin rəsmi nümayəndəsi Qassan əl-Nuaimi məlumat verib.
Səudiyyə Ərəbistanının dövlət telekanalı "Əl Ekhbariya" tərəfindən yayımlanan mətbuat konfransında nazirliyin sözçüsü deyib : "Bu günə kimi krallığa başqa ölkələrdən 1,5 milyondan çox Həcc ziyarətçisi gəlib".
Ən-Nuaimi həmçinin qeyd edib ki, nazirliyin 94 mindən çox əməkdaşı zəvvarların təhlükəsizliyini təmin etmək üçün çalışır. Qurum rəsmisi bildirib ki, idarə həcc ziyarəti üçün tələb olunan xüsusi icazənin olub-olmamasını yoxlayan digər dövlət qurumları və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir.
Həcc Məkkəyə illik həcc ziyarətidir ki, hər bir müsəlmanın gücü çatdığı təqdirdə yerinə yetirməsi tələb olunur. Həcc ziyarətinin tarixləri İslam hicri-qəməri təqvimi ilə müəyyən edilir. Bu il Həcc ziyarəti iyunun 4-dən 9-a kimidir.
Ötən il Həcc ziyarəti zamanı 1300-dən çox zəvvar dünyasını dəyişib. Səudiyyə rəsmilərinin məlumatına görə, öldürülənlərin 80%-dən çoxu qeyri-qanuni olaraq Məkkədə olub. Zəvvarların əksəriyyəti xroniki xəstəliklərin kəskinləşməsi və ya həddindən artıq istilər səbəbindən fiziki yorğunluqdan dünyasını dəyişib.
Turan İSMAYIL