HƏMAS ABŞ-nin qərarını kəskin tənqid etdi

Fələstinli HƏMAS hərəkatı Birləşmiş Ştatların BMT Təhlükəsizlik Şurasında Qəzza zolağında dərhal atəşkəsə çağıran qətnamə layihəsinə veto qoymasını kəskin şəkildə tənqid edib.
Redaktor.az bu barədə "Politoco"ya istinadla məlumat verir.
HƏMAS Siyasi Bürosunun üzvü və təşkilatın sözçüsü Basem Naim bildirib ki, ABŞ-nin bu qərarı “utancverici” və “qınaq obyektidir”. Onun sözlərinə görə, bu addım Vaşinqtonun beynəlxalq arenada təbliğ etdiyi dəyərlərlə ziddiyyət təşkil edir.
“Amerikanın BMT-dəki nümayəndəsi Təhlükəsizlik Şurasının minlərlə günahsız insanın həyatını xilas edə biləcək bir qətnaməsinə necə veto qoya bilərdi?” – deyə Naim sual edib.
O əlavə edib ki, ABŞ administrasiyalarının ardıcıl şəkildə İsrailin maraqları naminə veto hüququndan istifadə etməsi Vaşinqtonun tərəfsiz deyil, qərəzli mövqe tutduğunu göstərir.
Aytəkin TOFİQQIZI