Merz Trampın “siçan tələsinə” düşməmək üçün diqqətlə hazırlaşdı

Almaniya kansleri Fridrix Merz ABŞ prezidenti Donald Trampla Oval kabinetdə keçirdiyi mətbuat konfransına ciddi hazırlıqla yanaşıb.
Redaktor.az bu barədə "Politoco"ya istinadla məlumat verir.
Merz Trampın qonaqları üçün bəzən alçaldıcı səhnələrlə müşayiət olunan məşhur “Oval ofis tamaşası”na çevrilə biləcək görüşdə onun “siçan tələsinə” düşməmək üçün ehtiyatlı davranmağa çalışıb.
Berlində Merz bu cür görüşlərin risklərini yaxşı anlayır. O, Trampın keçmiş qonaqlarına qarşı sərgilədiyi sərt və bəzən alçaldıcı münasibətlərin şahidi olub və eyni ssenarinin təkrarlanmasının qarşısını almağa çalışır.
Mətbuat konfransı zamanı Oval kabinetdə kimlərin iştirak edəcəyi də əlavə risk faktoru kimi qeyd olunur. Burada ABŞ-nin vitse-prezidenti, Avropaya qarşı tənqidi mövqeyi ilə tanınan senator J.D. Vens, dövlət katibi Marko Rubio və digər nüfuzlu şəxslər ola bilər. Merz ehtiyat edir ki, bu fiqurlar ya onu, ya da Trampı təhrik edə bilər.
Bertelsmann Fondunun politoloqu Daniela Schwarzer qeyd edib ki, Merz “əvvəlcədən hazırlamadığı və düşünmədiyi hər şeydən qaçmağa çalışacaq”.
Aytəkin TOFİQQIZI