Trampın siyasəti investorların ABŞ-dən qaçmasına səbəb oldu

ABŞ Prezidenti Donald Trampın yürüdüyü qeyri-sabit iqtisadi siyasət, xüsusilə də başladığı ticarət müharibələri əsas institusional investorların ABŞ bazarından çəkilməsinə gətirib çıxarıb.
Redaktor.az bu barədə "Financial Times" nəşrinə istinadla məlumat verir.
Nəşrin məlumatına görə, ABŞ-nin sürətlə artan dövlət borcu Amerika aktivlərinin uzunmüddətli üstünlüyü ilə bağlı şübhələri artırır.
Bununla yanaşı, Trampın siyasətləri səbəbilə son aylarda qlobal maliyyə bazarlarında müşahidə olunan qeyri-müəyyənlik Wall Street indekslərinin avropalı analoqlarından geridə qalmasına səbəb olub. Bu fonda dolların da dəyəri kəskin şəkildə azalıb.
Aytəkin TOFİQQIZI