Makron Çin və Braziliyaya çağırış etdi

 16:58 05.06.2025     104

Fransa Prezidenti Emmanuel Makron Braziliya və Çini Ukrayna nizamlanmasında Rusiyaya təzyiq göstərməyə çağırıb.

Redaktor.az xəbər verir ki, siyasətçi bunu braziliyalı həmkarı Luiz İnasio Lula da Silva ilə “X” sosial şəbəkəsində Yelisey sarayının səhifəsində yayımlanan birgə mətbuat konfransında deyib.

Fransa liderinin sözlərinə görə, o, artıq Çin Prezidenti Si Cinpindən Moskvaya təzyiq göstərmək üçün diplomatik səy göstərməyi xahiş edib.

“İndi hamımız avropalılar, amerikalılar, çinlilər, braziliyalılar və hindlilər Rusiyanı münaqişəyə son qoymağa təşviq etmək üçün hər şeyi etməliyik”, - deyən siyasətçi Braziliyanın da sülh prosesində mühüm rol oynaya biləcəyini qeyd edib.

Aytəkin TOFİQQIZI