Dövlət məktəblərinin özəl təhsil müəssisələrinə çevrilməsi qadağan OLUNDU

 17:45 05.06.2025     119

İranda dövlət məktəblərinin özəl təhsil müəssisələrinə çevrilməsi qadağan olunub.

Redaktor.az “Mehr” agentliyinə istinadla xəbər verir ki, bu barədə Məktəblərin Yenidənqurulması üzrə Milli Təşkilatın direktor müavini Məcid Abdullahi bildirib.

Onun sözlərinə görə, yeni tikilmiş məktəblər qeyri-dövlət sektoruna verilə bilməz:

"Eyni zamanda yeni tədris ilindən etibarən məktəblərə müəyyən edilmiş şagird sayından artıq qeydiyyat aparmağa icazə verilmir”.