Türkiyə-Ukrayna müdafiə nazirlərinin görüşünün təfərrüatları açıqlandı - YENİLƏNİB

 23:49 05.06.2025     245

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər NATO-nun Brüsseldəki mənzil qərargahında ukraynalı həmkarı Rustəm Umerovla görüşünün təfərrüatları açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Umerov “Facebook” hesabında yazıb.

"Biz Türkiyə ilə dialoqu davam etdiririk. Brüsseldə mən milli müdafiə naziri Yaşar Gülərlə görüşdüm. Biz sənaye əməkdaşlığının inkişaf perspektivlərini müzakirə etdik. Mən hərbi sənaye kompleksində birgə layihələrin siyahısının formalaşdırılmasını təklif etdim", - o deyib.

Umerov qeyd edib ki, türkiyəli nazir Kiyevi dəstəklədiyini və Ukraynanın ərazi bütövlüyünə hörmət etdiyini təsdiqləyib.

"Bizim üçün bu, ədalətli sülhə gedən yolda həmrəyliyin vacib siqnalıdır", - ukraynalı nazir əlavə edib.

Umerov Türkiyənin Qara dənizdə təhlükəsizliyin təmin edilməsi, xüsusən də Montrö Konvensiyasının müddəalarına riayət edilməsi istiqamətində səylərini ayrıca qeyd edib: “Mən Türkiyəyə sistemli dəstəyə və tərəfdaşlığı dərinləşdirmək istəyinə görə minnətdaram”.

***

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər NATO-nun Brüsseldəki mənzil qərargahında ukraynalı həmkarı Rustəm Umerovla görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Onlar NATO müdafiə nazirlərinin toplantısı çərçivəsində bir araya gəliblər.

Tərəflərin hansı məsələləri müzakirə etdikləri açıqlanmayıb.