Tramp Si Cinpinlə söhbətin əsas mövzusunu açıqlayıb

 19:34 05.06.2025     219

ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində paylaşım edərək bildirib ki, Çin Xalq Respublikasının Sədri Si Cinpinlə apardığı telefon danışığında yalnız ticarət məsələləri müzakirə olunub.

Redaktor.az xəbər verir ki, Amerika liderinin sözlərinə görə, təxminən bir saat yarım davam edən söhbət “çox müsbət” keçib.

KİV-in məlumatına görə, Çin lideri Si Cinpin hələlik Tramp ilə şəxsi görüşə hazır deyil. Pekin rəsmi dairələrində iddia edilir ki, ABŞ Prezidentinin digər dövlət başçılarına qarşı ünsiyyət tərzi narahatlıq doğurub. Bu səbəbdən də Çin tərəfi Sədri Si Cinpin üçün imic itkisi riskini nəzərə alaraq belə bir görüşdən çəkinir.

Xədicə BAXIŞLI