Türkiyə BMT-nin İqtisadi və Sosial Şurasına üzv SEÇİLDİ

 21:08 05.06.2025     145

Türkiyə, 2026–2028-cü illər üçün Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasına (ECOSOC) üzv seçilib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin BMT-dəki Daimi Nümayəndəsi Ahmet Yıldız özünün “X” sosial media hesabında paylaşım edib.

O, Türkiyənin namizədliyinə dəstək verən BMT üzv dövlətlərinə təşəkkürünü bildirib və digər seçilən ölkələri də təbrik edib.

Qeyd edək ki, ECOSOC, BMT-nin iqtisadi, sosial və inkişaf sahəsində əsas koordinasiya orqanıdır. Türkiyənin bu orqana üzv seçilməsi, beynəlxalq arenada artan nüfuzunun göstəricisi kimi qiymətləndirilir.

Kənan YUSİF