Daha 4 PKK-lı terrorçu təslim OLDU

 21:11 05.06.2025     152

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) son bir həftə ərzində İraqın şimalındakı sığınacaq sahələrindən qaçan 4 PKK-lı terrorçunun təhlükəsizlik qüvvələrinə təslim olduğunu açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə MSB-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Müşaviri və Nazirliyin sözçüsü Tuğamiral Zeki Aktürk, qurumda keçirilən həftəlik mətbuat brifinqində məlumat verib.

Aktürk çıxışında bildirib ki, Türkiyə Silahlı Qüvvələri, dövlətin bütövlüyünü qorumaq, millətin təhlükəsizliyini təmin etmək məqsədilə proaktiv müdafiə və təhlükəsizlik siyasətləri çərçivəsində fəaliyyətlərini uğurla davam etdirir.

Kənan YUSİF