THY-dən rekord: Bir gündə 1292 reys

Türkiyənin daşıyıcı hava yolu şirkəti Türk Hava Yolları (THY) bu gün planlaşdırılan 1292 uçuşla tarixinə yeni bir rekord yazdıracaq. Bu, şirkətin indiyədək bir gündə həyata keçirdiyi ən yüksək uçuş sayı olacaq.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı THY-nin baş direktoru Bilal Ekşi sosial şəbəkə hesabında paylaşıb. O bildirib ki, bu gün həyata keçiriləcək reyslərin sayı ilə birlikdə əvvəlki rekord geridə qalıb.
“Bir rekord daha qırdıq. Bu gün planlı 1292 səfər ilə bu günə qədərki ən yüksək səfər sayı rekordunu qıracağıq. Əvvəlki rekord 2 iyul 2023 tarixində 1284 idi. Bayramda bir rekord daha. Bayramınız mübarək”, – deyə Ekşi qeyd edib.
Rekordun qırılmasına səbəb kimi Qurban Bayramı ərəfəsində daxili və xarici istiqamətlərə olan sərnişin sıxlığı göstərilir.
Kənan YUSİF