Ukrayna PUA-larla Moskvaya hücum etdi

 09:40 06.06.2025     223

Gecə saatlarında Rusiyanın regionları üzərində 174 Ukrayna PUA-sı və Qara dəniz üzərində üç “Neptun” idarəolunan raketi zərərsizləşdirilib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

PUA-lar Bryansk, Rostov, Saratov, Voronej, Kaluqa, Kursk, Orlovsk, Ryazan, Tula, Belqorod, Tambov və Moskva vilayətləri, eləcə də Krım yarımadasında (Ukrayna) vurulub.

Üç “Neptun” raketi isə Qara dəniz üzərində məhv edilib.

Vumart və Güvən reklamı Vumart Güvən