“Hazırda onunla danışmaq istəmirəm”

ABŞ Prezidenti Donald Tramp hazırda amerikalı milyarder İlon Maskla danışmaq niyyətində olmadığını bildirib.
Redaktor.az xəbər verir ki, Tramp bu barədə “ABC News” telekanalına danışıb.
O, həmçinin yenidən İlon Maskın “ağlını itirdiyini” deyib: “Ağlını itirən insanı nəzərdə tutursunuz? Hazırda onunla danışmaqda elə də maraqlı deyiləm”.
ABŞ lideri vurğulayıb ki, hazırda onunla danışmaq istəyən məhz Mask olsa da, biznesmenlə əlaqə qurmağa hazır deyil.
Xatırladaq ki, iyunun 5-də Trampla Mask arasında biznesmenin Ağ Evi tərk etmək qərarı fonunda mübahisə yaranıb. Tərəflər daha sonra mübahisəni sosial şəbəkə hesablarında davam etdirib və bir-birinin ünvanına tənqidlər səsləndirib. Bu paylaşımlardan birində Tramp milyarderin “ağlını itirdiyini” yazıb.