Paşinyan Pezeşkianla nədən danışdı?

 18:15 06.06.2025     206

Ermənistanın baş naziri Nikol Paşinyanla İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

Redaktor.az xəbər verir ki, Paşinyan İran prezidentini Qurban bayramı münasibətilə təbrik edib.

"Söhbət zamanı Ermənistan-İran münasibətlərinin aktual məsələləri, eləcə də regional təhlükəsizliklə bağlı mövzular müzakirə edilib”, - məlumatda qeyd edilib.