Pekin və Paris azad ticarəti birgə müdafiə etməlidir - Çin XİN

Pekin və Paris azad ticarətin prinsiplərini birgə müdafiə etməli və birtərəfli təzyiqlərə qarşı çıxmalıdır.
Redaktor.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının xarici işlər naziri Van İ fransalı həmkarı Jan-Noel Barro ilə telefon danışığı zamanı bildirib.
“Çin və Fransa birgə şəkildə çoxtərəfliliyi dəstəkləməli, azad ticarəti qorumalı və birtərəfli təzyiqlərə qarşı dayanmalıdır”, – Van İnin sözləri Çin Xarici İşlər Nazirliyinin rəsmi saytında yer alıb.
Nazirin sözlərinə görə, Pekin və Paris iqtisadi və ticarət məsələlərinin dialoq və məsləhətləşmələr yolu ilə həll olunması barədə konsensusa gəlib.