Sürücü avtomobili piyadaların üstünə sürdü, xəsarət alanlar var

Almaniyanın şimalındakı Fridrixstadt (Şlezviq-Holşteyn federal ərazisi) şəhərində bazar meydanında sürücünün avtomobilin piyadaların üstünə sürməsi nəticəsində bir neçə nəfər xəsarət alıb.
Redaktor.az xəbər verir ki, bu barədə RTL telekanalı məlumat yayıb.
Məlumata görə, təxminən 70 yaşlı sürücü idarəetməni itirib. Hadisə nəticəsində 5 nəfər yaralanıb. Onlardan birinin - qadının bud sümüyü sınıb.
Zərərçəkənlərin heç birinin vəziyyəti ağır deyil.
Sürücünün avtomobilə idarəetməni niyə itirdiyi hələ məlum deyil. İlkin məlumatlara görə, buna səbəb sağlamlıq problemləri ola bilər. Polis yol-nəqliyyat hadisəsini “bədbəxt hadisə” adlandırıb.