İsrail Ordusu Qəzzada əməliyyatın davam etdirilməsi planlarını təsdiqlədi

İsrail Ordusunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir vəziyyəti dəyərləndirmək üçün iclas keçirib və Qəzza zolağında hərbi əməliyyatın davam etdirilməsi üzrə əməliyyat planlarını təsdiqləyib.
Redaktor.az xəbər verir ki, bu barədə Ordunun Mətbuat xidməti məlumat yayıb.
"Zamir vəziyyəti qiymətləndirib və Qəzza zolağında əməliyyatın davam etdirilməsi üçün Cənub Komandanlığının əməliyyat planlarını təsdiqləyib”, - məlumatda deyilir.
İyunun 1-də Baş Qərargah rəisi zolağın həm cənubunda, həm də şimalında əlavə ərazilərdə hərbi əməliyyatların genişləndirilməsi barədə göstəriş verib.