ABŞ və Çin bu mövzunu müzakirəyə çıxaracaqlar

 23:46 06.06.2025     145

ABŞ və Çin nümayəndələri ticarət üzrə fikir ayrılıqlarını həll etmək üçün iyunun 9-da Londonda görüşəcəklər.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth" sosial şəbəkəsində yazıb.

O, görüşdə ABŞ tərəfdən maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Lutnik və ticarət nümayəndəsi Ceymison Qrin iştirak edəcəyini bildirib.

"Görüş çox yaxşı keçməlidir", - ABŞ lideri vurğulayıb.