Bələdiyyə sədrini elektrik cərəyanı vurdu - FOTO

 12:30 07.06.2025     177

Türkiyədə Manisa Böyükşəhər Bələdiyyəsinin sədri Ferdi Zeyreki elektrik cərəyanı vurub.

Redaktor.az xəbər verir ki, bu barədə F. Zeyrekin “X” hesabında məlumat paylaşılıb.

“Böyükşəhər Bələdiyyə sədrimiz memar Ferdi Zeyrek axşam saatlarında evində onu elektrik cərəyanı vurması nəticəsində ağır yaralanıb. Hadisədən sonra dərhal xəstəxanaya çatdırılıb”, - açıqlamada qeyd olunub.

Hadisə barədə məlumatlandırılan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel xəstəyanaya gedərək Zeyreki ziyarət edib. O, jurnalistlərə açıqlamasında bildirib ki, hadisə gecə saatlarında olub: “Ferdi bəy evinin həyətindəki hovuzun mühərrikində yaranan nasazlığı düzəltmək istəyib. Bu zaman suya elektrik cərəyanının sızması nəticəsində də hadisə baş verib.

Təcili yardım 5-6 dəqiqəyə çatıb. Gələn kimi ürək masajı ediblər. Nəbzi bir neçə dəfə dayanıb. 70 dəqiqəlik müdaxilədən sonra həyata qaytarmaq mümkün olub. Hazırda ürəyi çox yaxşı döyünür. Hamımız möcüzənin baş verəcəyinə ümid edirik”.

Bildirilir ki, 48 yaşlı bələdiyyə sədrinin müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti kritik olaraq qalır.

turkiyede-belediyye-sedrini-elektrik-cereyani-vurdu-veziyyeti-agirdir