Pakistanda partlayış nəticəsində binanın damı uçdu, ölənlər var

 21:27 07.06.2025     93

Pakistanın Xayber-Paxtunxva əyalətində qaz balonunun partlaması faciə ilə nəticələnib.

Redaktor.az xəbər verir ki, bu barədə yerli “Dawn” qəzeti məlumat yayıb.

Belə ki, Mərdan rayonunda baş verən hadisədə iki mərtəbəli yaşayış binasının damı uçub.

Nəticədə altı nəfər ölüb, iki nəfər yaralanıb.

Yeddi saat davam edən xilasetmə əməliyyatından sonra dağıntılar altından 8 nəfər sağ çıxarılıb.