Ukrayna ordusu Rusiya hərbi texnikasını daşıyan qatarı VURDU

 23:59 07.06.2025     111

Ukraynanın cənub müdafiə qüvvələri Rusiya hərbi texnikasından ibarət texnikanı daşıyan qatarı vurub.

Redaktor.az xəbər verir ki, bu barədə Ukraynanın Cənubi Müdafiə Qüvvələrinin “Telegram” kanalında məlumat verilib.

Məlumatda qeyd olunub ki, rus ordusunun bölmələri hücum nəticəsində bir sıra texnika ilə yanaşı, ondan çox tankı da itiriblər.

"Rusiya ordusunun itkisi 13 tank və yüzdən çox zirehli texnika və avtomobildən ibarət olub", - məlumatda deyilir.

Qatarı dəqiq harada və nə ilə vurulması ilə bağlı məlumat verilmir.