Tiktoker Xabi Leym hava limanında saxlanıldı

 09:00 08.06.2025     83

ABŞ-nin immiqrasiya və gömrük mühafizəsi tiktoker Xabi Leymi Las-Veqas hava limanında viza qaydalarını pozduğu üçün saxlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.

Qeyd olunub ki, Xabi iyunun 6-da Las-Veqasdakı Harri Rid beynəlxalq hava limanında viza müddəti bitdiyinə görə saxlanılıb. Qısa həbsdən sonra ona könüllü olaraq ABŞ-ni tərk etməyə icazə verilib.

"TikTok"un məlumatına görə, tətbiqdəki abunəçilərin sayına görə italiyalı bloger Leym birinci yerdədir. Onun 162 milyondan çox abunəçisi var.