Məşhur aktyor 9 qadına qarşı cinsi zorakılıqda ittiham OLUNUR

Amerikalı aktyor və “30 Seconds to Mars” qrupunun lideri Careda Leto 9 qadına qarşı cinsi zorakılıqda ittiham olunur.
Redaktor.az xəbər verir ki, 9 qadın yeniyetmə yaşlarında aktyorun cinsi zorakılığına məruz qaldıqlarını iddia edir.
Careda Leto təmsilçisi artıq qadınların iddialarına cavab verib. Aktyor seksual zorakılıq iddialarını rədd edir.