Yəməndə məscid atəşə tutuldu, 9 nəfər öldü

 15:53 08.06.2025     103

Yəmənin Əl-Beyda vilayətində məscid atəşə tutulub, 9 nəfər ölüb, 12 nəfər yaralanıb.

Redaktor.az-ın xəbərinə görə, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Hadisə iyunun 7-də Qurban bayramıyla əlaqədar Karn əl-Əsəd kəndində axşam namazı zamanı baş verib. Məscidi atəşə tutan şəxs hadisədən yarım saat sonra saxlanılıb. Onun psixi problemlərdən əziyyət çəkdiyi bildirilir.