Türkiyədə bayram günləri 26 nəfər qəzada ölüb, minlərlə insan yaralanıb

 16:04 08.06.2025     129

Türkiyədə Qurban bayramının ilk üç günündə 26 nəfər yol-nəqliyyat hadisələrinin qurbanı olub.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkədə yazıb.

“Qurban bayramının ilk üç günündə (çərşənbə, cümə və şənbə) 2 238 yol-nəqliyyat hadisəsi baş verib. Təəssüf ki, 26 vətəndaşımız hadisə yerində keçinib. 3 590 vətəndaşımız isə yaralanıb”, – Yerlikaya qeyd edib.

Onun sözlərinə görə, eyni dövr ərzində yol polisi 1 milyon 351 mindən çox nəqliyyat vasitəsini təftiş edib.

Xatırladaq ki, iyunun 6-da daxili işlər naziri bayramın ilk günündə 10 nəfərin yol qəzalarında öldüyünü bildirmişdi.