Qəzzada ölənlərin sayı 54 880 nəfərə ÇATDI

Qəzzada son sutkada 108 fələstinli ölüb, 398 nəfər yaralanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.
Bununla da indiyə qədər Qəzza zolağında ölənlərin sayı 54 880, yaralananların sayı 126 227 nəfərə çatıb.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HAMAS gözlənilmədən İsrailin cənubuna hücum edib. Hücum nəticəsində 1 110-dən çox israilli qətlə yetirilib. Buna cavab olaraq İsrail Qəzza zolağında havadan və qurudan hərbi əməliyyatlara başlayıb.