Kolumbiyada 6,8 maqnitudada zəlzələ OLDU

 19:15 08.06.2025     111

Kolumbiyanın mərkəzində 6,8 maqnitudada zəlzələ qeydə alınıb.

Redaktor.az xəbər verir ki, yeraltı təkanlar Bakı vaxtı ilə saat 17:08-də qeydə alınıb. Zəlzələnin episentri Villavitensio şəhərindən 73 kilometr şimal-şərqdə, ocağı 10 km dərinlikdə yerləşib.

Zəlzələ episentrdəki intensivliyə əsasən “dağıdıcı” kimi qiymətləndirilir.

ABŞ-nin Geoloji Xidməti zəlzələnin maqnitudasını 6,3 bal qiymətləndirib.