Fidan və Rutte Ukrayna-Rusiya müharibəsinə dair müzakirə APARDI

Türkiyə xarici işlər naziri Hakan Fidan NATO-nun baş katibi Mark Rutte ilə telefon danışığı aparıb.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-dən bildirilib.
Qeyd olunub ki, danışıq zamanı Ukrayna ilə Rusiya arasında müharibəyə son qoymaq yönündə səylər müzakirə edilib.
Bundan əlavə, iyunun 24-25-də Niderlandın paytaxtı Haaqada keçiriləcək NATO Zirvə toplantısına hazırlıq da müzakirə olunub.