Los-Ancelesdəki iğtişaşların arxasında radikal solçular dayanır - Tramp

ABŞ Prezidenti Donald Tramp radikal solçuları Los-Ancelesdə iğtişaşlar təşkil etməkdə ittiham edib.
Redaktor.az xəbər verir ki, dövlət başçısı bununla bağlı fikirlərini “Truth Social” sosial şəbəkəsindəki hesabında yazıb.
"Bu etirazların arxasında radikal solçular dayanır, onları təhrikçilər və üsyançılar təşkil edir, bunun üçün tez-tez pul alırlar. Bu etirazların qarşısı alınacaq", - Tramp sosial şəbəkədə yazıb.
Tramp əlavə edib ki, bundan sonra etirazlarda üzü örtən maskalardan istifadə qadağan ediləcək. "Bu insanlar nəyi gizlətmək istəyirlər?" - Prezident soruşub.
Daha əvvəl bildirilib ki, Los-Ancelesdəki qanunsuz mühacirlərə qarşı polis basqınlarından sonra iğtişaşlar baş verib. Tramp Milli Qvardiya bölmələrinin oraya göndərilməsini əmr edib. Pentaqon rəhbəri Pite Heqset dəniz piyadalarının da iğtişaşların yatırılmaasına cəlb olunacağını istisna etməyib.