ABŞ-nin yardımı olmasa, Ukrayna ciddi itkilərlə üzləşə bilər - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, ABŞ-nin dəstəyi olmadan ölkəsi ciddi itkilərlə üzləşə bilər.
Redaktor.az xəbər verir ki, bu barədə o, "ABC News" telekanalına verdiyi müsahibədə bildirib.
Zelenskinin sözlərinə görə, əgər Kiyev Amerikanın yardımından məhrum olsa, bu, Rusiyanın qələbə qazanmaq şanslarını artıracaq.