Tramp etirazçılarla bağlı göstəriş verdi

ABŞ Prezidenti Donald Tramp Los-Ancelesdəki iğtişaşçıların həbsinə göstəriş verib.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
Məlumata görə, qanunsuz mühacirlərin kortəbii etirazları şəhərin hər yerini bürüyüb:
"İnsanlar avtomobilləri yandıraraq polisə müqavimət göstəriblər. İğtişaşları yatırmaq üçün Milli Qvardiya və 500 dəniz piyadası cəlb edilib, hətta kütləni izləmək üçün "MQ-9 Reaper" pilotsuz təyyarələri və "Black Hawk" helikopterləri də gətirilib".