Ruslar Ukraynanın hərbi aerodromuna kütləvi zərbə ENDİRDİ

 15:12 09.06.2025     118

Ukraynanın Rovno vilayətindəki hərbi aerodromuna kütləvi zərbə endirilib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu zərbə Ukrayna ordusunun Rusiya hərbi aerodromlarına hücumlarına cavab tədbirlərindən biridir.

Öz növbəsində, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bazar ertəsinə keçən gecə Rusiyanın Çeboksarıdakı hərbi zavoduna zərbə endirildiyini bildirib.

"Düşmənin hava hücumu vasitələri istehsal etmək qabiliyyətinin azaldılması çərçivəsində iyunun 9-na keçən gecə Ukrayna Silahlı Qüvvələri Çuvaşiya Respublikasının Çeboksarı şəhərində "VNIIR-Proqress" SC-nin istehsal güclərini vurub", - məlumatda qeyd olunub.

Zavod Rusiya Silahlı Qüvvələri üçün zərbə PUA-ları və yüksək dəqiqlikli silah sistemlərində istifadə edilən "Kometa" adaptiv antenaları istehsal edir.