Tramp lağa qoyduğu Baydenin aqibətini yaşadı- VİDEO

ABŞ Prezidenti Donald Tramp və dövlət katibi Marko Rubio "Air Force One" təyyarəsinə minərkən baş verən məzəli hadisənin qəhrəmanlarına çevriliblər. Hər iki siyasətçi jurnalistlərin və nümayəndə heyətinin gözü qarşısında təyyarənin pilləkənində büdrəyib.
Redaktor.az xəbər verir ki, kadrlar sosial şəbəkələrdə gülüşlə qarşılanıb və müzakirələrə səbəb olub.
Hadisə Nyu-Cersi ştatının Morristaun şəhərinin hava limanında baş verib. Təyyarəyə minməzdən əvvəl Tramp mətbuat nümayəndələri ilə söhbət edib, sonra isə pilləkənlə qalxmağa başlayıb. Ancaq trapın ortasında o büdrəyib. Prezidentin ardınca pilləkənlə Marko Rubio qalxırdı. Dövlət katibi də pilləkəndə eyni aqibəti yaşayıb.
Maraqlısı budur ki, əvvəllər Donald Tramp sələfi Co Baydeni buna oxşar hadisələrə görə dəfələrlə lağa qoymuşdu.
Tramp lağa qoyduğu Baydenin aqibətini bölüşdü: Trapı çıxarkən büdrədi#DonaldTramp pic.twitter.com/MkKygubZiT
— Oxu.Az (@oxuaz) June 9, 2025